Maradonanın qohumları miras mübarizəsinə başladı - 40 milyon avro uğrunda

Maradonanın qohumları miras mübarizəsinə başladı - 40 milyon avro uğrunda

Hazırda oxunan: Maradonanın qohumları miras mübarizəsinə başladı - 40 milyon avro uğrunda

4887

Ötən ay vəfat edən Dieqo Maradonanın qohumları sabiq futbolçunun 40 milyon avroluq mirası uğrunda mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Məlumata görə, idmançının 40 milyon avro həcmində qiymətləndirilən mirasına ən azı 16 nəfər iddia edir. Dieqo Maradona İsveçrə, Dubay və Argentina banklarındakı hesablarından əlavə, dünyanın bir çox şəhərində daşınmaz elit əmlakın, həmçinin bahalı avtomobillər parkının sahibi idi.

1986-cı ildə futbol üzrə dünya çempionunun qanuni beş oğlundan başqa, daha yeddi nəfər bu statusa iddialıdır. Bundan başqa, sabiq futbolçunun dörd bacısı da onun varidatına yiyələnmək uğrunda mübarizəyə qoşulub.

Argentina qanunlarına əsasən, vəsiyyət olmadığı təqdirdə miras mərhumun bütün qohumları arasında bərabər bölünür. (Azertac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO