İsveçin paytaxtı Stokholmda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub.
Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti görüş barədə məlumat yayıb.
Bildirilib ki, XİN başçıları ikitərəfli münasibətlərlə yanaşı, Qafqazda regional yollar üzrə iki ölkənin səylərinin birləşdirilməsini, o cümlədən vəziyyətin daha da “sabitləşdirilməsini” müzakirə ediblər.
Bosniya nizamlanmasına kömək etmək üçün birgə addımların atılmasının mümkünlüyü də müzakirə edilib.
Görüşdə beynəlxalq gündəm - Suriya, Liviya və Ukrayna ilə bağlı fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:17 / 03.12.2021
Lavrovla Çavuşoğlu Stokholmda nələri müzakirə etdi? – Görüşün detalları
Hazırda oxunan: Lavrovla Çavuşoğlu Stokholmda nələri müzakirə etdi? – Görüşün detalları
Hazırda oxunan: Lavrovla Çavuşoğlu Stokholmda nələri müzakirə etdi? – Görüşün detalları
0:00
0:00
48839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.