Misir hökuməti Azərbaycana başsağlığı verdi

Misir hökuməti Azərbaycana başsağlığı verdi

Hazırda oxunan: Misir hökuməti Azərbaycana başsağlığı verdi

48815

Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində hərbçilərimizin həlak olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Nazirliyin rəsmi "Facebook" səhifəsində edilən paylaşımda deyilir:
 

“Misir Ərəb Respublikası hərbi helikopterin qəzaya uğraması nəticəsində insan ölümü və yaralanması ilə bağlı dost Azərbaycan Respublikasına dərin hüznlə başsağlığı verir.


Misir bütün həlak olanların ailələrinə səmimi başsağlığını çatdırır, yaralananların tezliklə sağalmasını arzulayır.

Həmçinin, Misir bu ağrılı hadisə ilə bağlı Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu ifadə edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO