Bu gün, dekabrın 2-də İranın bir çox vilayət və şəhərlərində müəllimlər kütləvi etiraz aksiyası keçiriblər.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbibi hazırda müəllimlərin dekabrın 2-də baş tutan kütləvi etirazlarının demək olar ki, bütün İranı əhatə etdiyini bildirib.
Belə ki, onun sözlərinə görə, bu günki etirazlar İranın 27 vilayətinin 58 müxtəlif şəhərində baş tutub.
Müəllim etirazlarının tələbləri demək olar ki, bütün şəhərlərdə eynidir. Belə ki, onlar maaşlarının universitet müəllimlərinin maaşının 80%-dən az olmaması, maaşların vaxtında ödənilməsi, onlar arasında ayrı-seçkilik qoyulmaması, təqaüdə çıxmış müəllimlərin təqaüdlərinin vaxtında ödənişi kimi bir sıra haqlarının yerinə yetirilməsini tələb edirlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:41 / 02.12.2021
Müəllim etirazları bütün İranı bürüdü - VİDEO
Hazırda oxunan: Müəllim etirazları bütün İranı bürüdü - VİDEO
Hazırda oxunan: Müəllim etirazları bütün İranı bürüdü - VİDEO
48781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.