Soçidə 2012-ci ildən bəri ilk dəfə yeddi bal gücündə fırtına qeydə alınıb.
Bizim.Media verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
Mənbə yazır ki, ikinci gündür ki, kurortda güclü fırtına davam edir, dalğanın gücü yeddi bala çatıb.
"Soçinin bütün akvatoriyası boyunca kurortun sahillərində kirayəçilər, könüllülər işləyir, regional administrasiyaların mütəxəssisləri cəlb olunub. Böyük tullantılar götürülüb, sahillər qum və çınqıllardan təmizlənib", - deyə şəhər rəhbərliyinin mətbuat xidməti bildirib.
Sinoptiklər fırtınanın dekabrın 3-də tamamilə sovuşacağını proqnozlaşdırırlar.
Bizim.Media