Tanınmış yazıçı onu zorlayan kişidən üzr istədi – DETALLAR

Tanınmış yazıçı onu zorlayan kişidən üzr istədi – DETALLAR

Hazırda oxunan: Tanınmış yazıçı onu zorlayan kişidən üzr istədi – DETALLAR

48574

Dünya bestselleri olan “Sevimli sümüklər”in müəllifi, amerikalı yazıçı Elis Sibold ona təcavüz etməkdə ittiham olunaraq 16 il həbs cəzası çəkən və 2021-ci ildə bəraət qazanan şəxsdən ictimaiyyət qarşısında üzr istəyib.

Bizim.Media xəbər verir ki, informasiya “RİA Novosti” agentliyində yer alıb.

Mənbə yazır ki, Sibold 1981-ci ildə tələbə olarkən bir nəfər tərəfindən zorlanıb.

Az müddət keçdikdən sonra o, küçədə Entoni Broadvater adlı həmin şəxslə qarşılaşıb və onun etdikləri ilə bağlı polisə xəbər verib.

1982-ci ildə oğlan mühakimə olunub. Sibold başına gələnləri "Xoşbəxt" adlı debüt romanında təsvir edib və necə qisas aldığını süjetdə aydınca göstərib.

Təcavüzkar qanunun bütün ölçüsündə cəza alıb.

"1982-ci ildə məqsədim ədalətsizliyə nail olmaq idi, ədalətsizliyi davam etdirmək yox. Ancaq bir gəncin həyatını ömürlük dəyişdirmək fikrim yox idi. Hansı ki, onun törətdiyi cinayət həyatımı tamamilə dəyişdirdi”, deyə yazıçı yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO