Çinin “uyğur siyasəti” barədə MƏXFİ MATERİALLAR – 2014-də BAŞLADI...

Çinin “uyğur siyasəti” barədə MƏXFİ MATERİALLAR – 2014-də BAŞLADI...

Hazırda oxunan: Çinin “uyğur siyasəti” barədə MƏXFİ MATERİALLAR – 2014-də BAŞLADI...

48546

Almaniyalı Çin mütəxəssisi Adrian Tsents “Sinçzyan sənədləri” adlı hesabat bölüşüb.

Hesabatda Çin hökumətinin 2014-cü ildən bəri çıxışlarındakı Sinçzyan-Uyğur muxtar rayonunda uyğur və başqa etnik azlıqlara qarşı repressiyalardan bəhs olunur. 

Bizim.Media “TRT”yə istinadən xəbər verir ki, Adrian Tsents Çin hökumətinin çıxışlarındakı “xəstə təfəkkür”ə - uyğurların doğulmasını nəzarətdə saxlamağa, onları məcburi əməyə sürüklünməsinə diqqət çəkir.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ yenidən Çinlə ticarət müharibəsinə başlayır – Şirkətlərin qara siyahısı hazırlandı


Sənədlər 2014 apreldən 2018-ci il may ayına qədərki dövrü əhatə edir. Materiallardan bəziləri “The New York Times” jurnalistləri tərəfindən 2019-cu ildə istifadə olunub. Amma “məxfi” kimi işarələnmiş faktlar ilk dəfədir ki, dərc olunur.
 

Dərc olunmuş materiallar arasında Si Cinpinin 3 çıxışı da yer alıb. 2014-cü ildə o, bəyan edib ki, 2022-ci ilə qədər uyğurlar yaşayan zonaya Çinin şərqindən olan “xan” sülaləısindən olan 300 min çinlini köçürtmək lazımdır. Həmçinin uyğur ailələrinə 1-dən artıq uşağa sahib olmağı qadağan edib.


O buna uyğur işçi qüvvəsinin istismarı ilə nail olmağı tapşırıb. Si Cinpin bununla həm də uyğurların türk mədəniyyətini unudub Çin adətlərini mənimsəməyini istəyib.

Çin lideri İslam dinini də tənqid etməkdən çəkinməyib. Uyğurlara Quran ayinlərinin icrası da qadağandır. 

Təqdim olunan sənədlər Çin Kommunist partiyası tərəfindən uyğurların soyqırım planını işə saldığını təsdiqləyir. Beynəlxalq ictimai birlik vaxtaşırı uyğurları sıxışdırdığına görə Pekini tənqid edir. Dünya mediası dəfələrlə bu problemi işıqlandırıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO