Dekabrın ilk günlərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata - GUAM-a üzv dövlətlərin xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulub.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasından Bizim.Media-ya bildiriblər ki, quruma üzv ölkələrin Xarici İşlər Şurasının növbəti görüşü dekabrın 2-3-də İsveçin Stokholm şəhərində ATƏT Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutacaq.
MÖVZU İLƏ BAĞLI:
Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşdü
Görüşdə GUAM ölkələri arasında siyasi təmasların genişləndirilməsi, koronavirusa qarşı birgə mübarizə, Malların mənşəyinin müəyyənləşdirilməsi qaydaları barədə Protokolun imzalanması, beynəlxalq təşkilatların GUAM-la əməkdaşlığı, GUAM nəqliyyat dəhlizinin texniki və iqtisadi əsaslandırılmasının həyata keçirilməsi, Avropa İttifaqının bu prosesə dəstəyi, quruma üzv ölkələr arasında azad ticarət zonasının yaradılması məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Bizim.Media