Milyarder dağsiçanı öldü – Mister Qoksun maliyyə əməliyyatları

Milyarder dağsiçanı öldü – Mister Qoksun maliyyə əməliyyatları

Hazırda oxunan: Milyarder dağsiçanı öldü – Mister Qoksun maliyyə əməliyyatları

47637

İnternetdə kriptotreyder kimi populyar olan dağsiçanı (xomyak) Maks kimi tanınan Mister Qoks ölüb. Maksın sahibi bildirib ki, dağsiçanı noyabrın 21-dən etibarən yeməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, Maks noyabrın 22-də elə yuxudaykən ölüb. 

Sahibinin sözlərinə görə, dağsiçanı insanlara göstərib ki, dünyaya elə də ciddi yanaşmaq lazım deyil. Həmçinin o, pandemiya və infilyasiya kimi problemlərin zülmətinə nikbin işıq gətirirdi. 

Qeyd edək ki, siçanın bu növləri təxminən 2-3 il yaşayırlar. 

2021-ci ilin sentyabrında kapitalını 19.41 % artıraraq şöhrətlənən Maks buna kriptovalyuta alqı-satqısı ilə nail olub.

Bu nəticə ilə “xomyak” Dou Cons, maliyyə maqnatı Uorren Baffetin indekslərini ötüb. Onun iş prosesi isə belə olub:

Dağsiçanı müxtəlif sektorlara bölünən təkərli qəfəsdə saxlanılırdı. Təkəri sektorlıarın birində saxlamaqla Maks kriptovalyutalardan hansının ticarəti ilə məşğul olacağına qərar verirdi. Gəmiricinin sonrakı seçimi isə həmin kriptonu almaq, yaxud satmaq olub. Bunu bilmək üçün isə dəhlizlərdən biri ilə qaçırmış. “Xomyak”ın bütün maliyyə əməliyyatları barədə onun ofisinin əməkdaşları “Twitter”də məlumat yayırdılar. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO