İlon Mask dünyanın ən varlı insanları reytinqində ikinci yerə yüksəlib

İlon Mask dünyanın ən varlı insanları reytinqində ikinci yerə yüksəlib

Hazırda oxunan: İlon Mask dünyanın ən varlı insanları reytinqində ikinci yerə yüksəlib

4748

“Tesla” və “SpaceX” kompaniyalarına rəhbərlik edən amerikalı sahibkar İlon Mask “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı insanları reytinqində ikinci pilləyə yüksəlib.

Bizim.Media “Forbes” jurnalının saytına istinadla xəbər verir ki, İlon Maskın varidatı 144,7 milyard dollar həcmində qiymətləndirilir. O, Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun baş direktoru Bernar Arnonu (144,3 milyard dollar) ikinci yerdən üçüncü mövqeyə sıxışdıra bilib.

Reytinqə əvvəlki kimi, dünyanın ən böyük online-riteyleri olan “Amazon” kompaniyasının sahibi Ceff Bezos başçılıq edir (185,4 milyard dollar). Siyahıda dördüncü və beşinci yerləri isə müvafiq olaraq “Microsoft” kompaniyasının qurucularından biri olan Bill Qeyts (118,8 milyard dollar) və “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq (104 milyard dollar) tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO