Saakaşvili Putini Ukraynanın düşməni elan etdi

Saakaşvili Putini Ukraynanın düşməni elan etdi

Hazırda oxunan: Saakaşvili Putini Ukraynanın düşməni elan etdi

47209
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bəyan edib ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Ukraynanın düşmənidir.

Moderator.az  modern.az-a istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan Saakaşvili bunu “İnter” telekanalının efirində deyib. Gürcüstanın keçmiş dövlət başçısının fikrincə, Ukraynaya göndərilən çeçenlərə və federallaşma tərəfdarlarına yardım edən ukraynalılar öz vətənlərinin düşmənləridir: “Elə adamlar var ki, Kadırovun göndərdiyi qatilləri alqışlayırlar. Bu insanlar Ukraynanı satanlardır. Qoy onlar Rusiyaya getsinlər”.

Onun sözlərinə görə, Ukrayna öz torpağını yadlara verməməlidir. Bundan əlavə, Saakaşvili Putinin “biz slavyanlar hamımız pravoslavlarıq” fikrini də tənqid edib: “Gürcüstan dördüncü əsrdən pravoslavdır. Rusiya ordusu bizim ərazimizə soxulanda gürcü kilsələrini qarət edərək dağıdıblar. Putin belə pravoslavdır, mən “ağ ayı” olduğum kimi”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO