Avropada 500 min insan COVID-19-dan öləcək? – ÜST-dən XƏBƏRDARLIQ

Avropada 500 min insan COVID-19-dan öləcək? – ÜST-dən XƏBƏRDARLIQ

Hazırda oxunan: Avropada 500 min insan COVID-19-dan öləcək? – ÜST-dən XƏBƏRDARLIQ

46988

Avropa ölkələri məhdudiyyətləri sərtləşdirməsə, regionda qışda koronavirus pandemiyası nəticəsində 500 minə yaxın insan həyatını itirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Xans Klyüge Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ÜST Avropada COVID-19-un yayılma sürətinin artmasından çox narahatdır və bununla əlaqədar mütəxəssislər tibbi maska taxmağı davam etdirməyi, eləcə də hələ peyvənd olunmayanların hamısının vaksinasiyasını tövsiyə edir.

Klyüge qeyd edib ki, soyuq havaların yaxınlaşması, bir sıra ölkələrdə aşağı peyvənd göstəriciləri, daha çox yoluxucu ştammların yaranması ilə əlaqədar olaraq Avropada koronavirusun növbəti dalğası müşahidə olunur.

“COVID-19 yenidən regionumuzda əsas ölüm səbəbinə çevrilib”, -ÜST rəsmisi deyib. O, pandemiya ilə mübarizə üçün məcburi peyvəndin yalnız son çarə kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.
 

Klyüge eyni zamanda qeyd edib ki, bu məsələ ilə bağlı “qanunvericilik və ictimai müzakirələrə” başlamaq “vaxtına düşmüş olardı”.


Qeyd edək ki, Avropanın bir sıra ölkələri son günlər virusa yoluxma hallarının artmasına görə koronavirus əleyhinə tədbirləri sərtləşdiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO