Lavrov Rusiya haqqında çıxış edərkən çaşıb ingilis dilində danışdı - VİDEO

Lavrov Rusiya haqqında çıxış edərkən çaşıb ingilis dilində danışdı - VİDEO

Hazırda oxunan: Lavrov Rusiya haqqında çıxış edərkən çaşıb ingilis dilində danışdı - VİDEO

46804

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə danışıqlar zamanı təsadüfən ingilis dilinə keçib, lakin sonradan səhvini düzəldib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Rusiya mətbuatında yer alıb.

“Qərb demokratiyalarını razı salmaq üçün bu qədər tələbkarlıqla “Ey Allahım, Rusiya nə edəcək?” soruşmaq ədəbsizlikdir!” – deyə o, qeyd edib.

Bu reaksiya isveçli jurnalistin Moskvanın Qərblə acınacaqlı münasibətlərini düzəltmək üçün addımlar atıb-atmayacağı ilə bağlı sualından sonra olub.

Lavrov bildirib ki, belə fikirlər artıq Qərb dövlətlərinin nümayəndələrinin ənənəsinə çevrilib və bu, ATƏT-in və beynəlxalq münasibətlərin müasir arxitekturasının üzərində qurulduğu əsasları tamamilə sarsıdır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO