Üzdəki hərəkətlərdən yalan TUTMAQ ÜSULU

Üzdəki hərəkətlərdən yalan TUTMAQ ÜSULU

Hazırda oxunan: Üzdəki hərəkətlərdən yalan TUTMAQ ÜSULU

46684

İsrailin Təl-Əviv Universitetinin tədqiqatçıları üz əzələlərinin hərəkətindən yalanı aşkarlayan süni intellekt texnologiyası hazırlayıblar.

Bizim.Media xəbər verir ki, texnologiya real həyatda rastlaşa biləcəyimiz müxtəlif aldatma yönümlü davranışları aşkar edə bilən kameralar və proqram təminatının yaradılmasını təmin edəcək.

Tədqiqatçılar yeni texnologiyadan istifadə edərək, eksperimentlərdə iştirak edənlərin söylədiyi yalanları 73 faiz aşkar ediblər.

Onlar iki fərqli yalan danışan qrup müəyyən ediblər: yalan danışarkən çənə əzələlərini aktivləşdirənlər və qaşlarını çatanlar.

Qeyd edək ki, hazırlanacaq kameralardan banklar, hava limanları, polis idarələri və onlayn iş müsahibələrində istifadə ediləcək.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO