Sürpriz telefon zəngi: İsrail prezidenti Ərdoğana niyə təşəkkür etdi?

Sürpriz telefon zəngi: İsrail prezidenti Ərdoğana niyə təşəkkür etdi?

Hazırda oxunan: Sürpriz telefon zəngi: İsrail prezidenti Ərdoğana niyə təşəkkür etdi?

46626

Prezident Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İsaak Hersoq arasında telefon danışığı olub. 

Bizim.Media “Haberler.com” saytına istinadən xəbər verir ki, regional məsələlərin müzakirə edildiyi görüşdə prezident Ərdoğanın evini izləməkdə təqsirli bilinərək  saxlanılan və sonradan sərbəst buraxılan israilli cütlük də müzakirə edilib.

Bu səbəbdən Hersoq Ərdoğana təşəkkür edib.

Görüşdə Türkiyə-İsrail münasibətləri və regional məsələlər də müzakirə predmeti olub. Türkiyə-İsrail əlaqələrinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün də əhəmiyyətli olduğunu deyən prezident Ərdoğan, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olduğu təqdirdə fikir ayrılıqlarının minimuma endirilə biləcəyini ifadə edib.Bölgədə sülh, tolerantlıq və
 

birgəyaşayış mədəniyyətinin yenidən qurulmasının vacib olduğunu vurğulayan prezident Ərdoğan, bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafı və sülh prosesinin bərpasının prioritet olduğunu bildirib.


Ərdoğan Türkiyə ilə İsrail arasında təmas və dialoqun davam etdirilməsinin ortaq maraqlara uyğun olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO