Bill Qeyts koronavirusun sona çatacağı tarixi AÇIQLADI

Bill Qeyts koronavirusun sona çatacağı tarixi AÇIQLADI

Hazırda oxunan: Bill Qeyts koronavirusun sona çatacağı tarixi AÇIQLADI

46582

“Microsoft”un qurucusu, milyarder Bill Qeyts hesab edir ki, peyvəndlərin yayılması və koronavirusa qarşı dərmanların ortaya çıxması səbəbindən 2022-ci ilin yayına qədər xəstəlikdən ölüm qripin mövsümi epidemiyası səviyyəsinə enə bilər. 

Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə o, Sinqapurda keçirilən "Bloomberg Yeni İqtisadi Forumu"nda bildirib.

Qeyts qeyd edib ki, bu, virusun daha təhlükəli variasiyası görünmədiyi halda baş verə bilər.

Sahibkar bildirib ki, gələn il peyvənd tədarükü məsələsi həll olunmalı, yeni vəzifə onların paylanması olacaq. Qeyts vurğulayıb ki, bəzi ölkələrdə, o cümlədən Mərkəzi və Cənubi Afrikada peyvəndlərə tələbatın səviyyəsini proqnozlaşdırmaq çətindir.

Milyarder həmçinin deyib ki, gələcək pandemiya təhlükəsini azaltmaq üçün dünya qripin kökünü kəsmək üçün çalışmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO