Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi və İsrailin baş naziri İran və Fələstinlə bağlı müzakirə aparıblar.
Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, İsraildə səfərdə olan Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Linda Tomas Qrinfeld İsrail baş naziri Naftali Bennet ilə İran və Fələstin məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Amerikanın Birləşmiş Milətlərdəki daimi heyətinin sözçüsü Olivia Dalton bəyanat yayaraq, Qrinfeldin Qərbi Qüdsdə İsrail prezidenti İshak Herzok, baş nazir Naftali Bennet, xarici işlər naziri Yair Lapid və nəqliyyat naziri Merav Mixail ilə görüşdüyünü qeyd edib.
Bəyanatda qeyd olunur ki, Qrinfeld və Naftali Bennet Amerika və İsrail arasındakı dərin və davamlı əlaqələr, Birləşmiş Millətlərdə İsrail əleyhinə təəssübkeşliklə birgə mübarizə əzmi və İranın bölgədə təcavüzkar davranışları ətrafında müzakirələr aparıblar.
Bəyanata görə, Qrinfild görüş zamanı habelə Amerika prezidenti Co Baydenin “Heç vaxt İranın atom silahı əldə etməsinə icazə verməyəcəyəm” sözünü təkrarlayıb.
Bizim.Media