Ərdoğan: “Dünya liderləri arasında ən təcrübəlisi mənəm”

Ərdoğan: “Dünya liderləri arasında ən təcrübəlisi mənəm”

Hazırda oxunan: Ərdoğan: “Dünya liderləri arasında ən təcrübəlisi mənəm”

46109

“Dünya liderləri arasında ən təcrübəli olduğum üçün dünyanı yaxşı tanıyıram”.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

"İndiki liderlər arasında ən təcrübəli mənəm. Bunu öyünmək üçün yox, digər liderlər arasında yerimi müəyyən etmək üçün deyirəm. Çünki xalqımın kimin kim olduğunu bilməsi vacibdir".

Ərdoğan Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətində gənclərlə görüşdə belə deyib.

Onun çıxışı Twitter səhifəsində canlı yayımlanıb.

Xatırladaq ki, Ərdoğan 2003-cü ildə rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qalib gəldikdən sonra Türkiyənin baş naziri olub.

2014-cü ildə Türkiyə prezidenti seçilib, 2018-ci ildə ölkənin prezident idarəetmə formasına keçdikdən sonra yenidən seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO