İranda zəlzələdə yaralananların sayı 99-a çatdı 

İranda zəlzələdə yaralananların sayı 99-a çatdı 

Hazırda oxunan: İranda zəlzələdə yaralananların sayı 99-a çatdı 

46030

İranın Hormozgan vilayətində 6.4 və 6.3 bal gücündə iki güclü zəlzələ baş verdiyi barədə məlumat vermişdik.

Bizim.Media xəbər verir ki, Hormozgan Tibb Elmləri Universiteti zəlzələ nəticəsində 1 bir nəfərin öldüyünü, 99-dan çox insan yaralandığını açıqlayıb.

İranın Fin şəhər başçısının sözlərinə görə, zəlzələ nəticəsində sözügedən şəhər və ətraf kəndlərə 80% zərər dəyib.

Tehran Universitetinin Seysmoloji Mərkəzindən verilən məlumata görə, 6.4 bal gücündəki birinci zəlzələ saat 15:47-də Bəndər Abbas şəhərindən 25 km aralıda, yerin 15 km dərinliyində baş verib. İki dəqiqə sonra isə eyni yerdə 6.3 bal gücündə ikinci zəlzələ meydana gəlib.

Zəlzələ nəticəsində bəzi bölgələrdə elektriklərin kəsildiyini, ancaq bu yöndə bərpa işlərinin həyata keçirildiyini deyib.

Qızıl Aypara Cəmiyyətindən zəlzələ bölgəsində 600-də çox çadırın qurulduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO