Saakaşvilinin daha bir videosu yayıldı – “Siz qulsunuz!” - ÖZƏL

Saakaşvilinin daha bir videosu yayıldı – “Siz qulsunuz!” - ÖZƏL

Hazırda oxunan: Saakaşvilinin daha bir videosu yayıldı – “Siz qulsunuz!” - ÖZƏL

45608

Gürcüstanın eks prezidenti Mixael Saakaşvilinin daha bir videosu yayılıb.

Bizim.Media-nın özəl olaraq əldə etdiyi videoda Saakaşvilinin həbsxana işçiləri ilə mübahisə etdiyi görünür.

Gizli mənbələrin bildirdiyinə görə, Münaqişə Saakaşvilinin həbsxanada hospital adı ilə yerini dəyişəndə çəkilib. 

“Siz məni aldatmısız, məni geri qaytarın. Siz quldursunuz, əliniz qana batıb. Siz Putinin qullarısınız, İvanaşvili ilə birlikdə onun göstərişini yerinə yetirirsiz. Siz alçaqsınız”, - deyə o, qışqırır.

Daha sonra o, həbsxana qulluqçularından dərhal onu geri qaldığı yerə qaytarmaqlarını tələb edib. 

“Mən buradan çıxmayacam, məni geri qaytarın. Siz kimsiniz  axı, mənə əmr edirsiniz? Siz heç kimsiniz, hamınız qulsunuz”- deyə, o, əsəbi halda mübahisəsini davam etdirib.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO