Çin və ABŞ nəhayət razılığa gəldi – HANSI SAHƏDƏ?

Çin və ABŞ nəhayət razılığa gəldi – HANSI SAHƏDƏ?

Hazırda oxunan: Çin və ABŞ nəhayət razılığa gəldi – HANSI SAHƏDƏ?

45506

Çin Xalq Respublikasının iqlim üzrə xüsusi nümayəndəsi Çe Zhenhua bildirib ki, Pekin və Vaşinqton iqlim böhranının aradan qaldırılması işini gücləndirmək üçün bəyannamə imzalayıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

"Bu axşam Çin və ABŞ 2020-ci illərdə iqlim üzrə fəaliyyəti canlandırmaq üçün Çin-ABŞ Qlazqo Bəyannaməsini təqdim etdilər", - deyə Pekin rəsmisi vurğulayıb.

O bildirib ki, bu ilin əvvəlindən hər iki tərəf 30-a yaxın virtual görüş keçiriblər. Eyni zamanda Çin və Böyük Britaniyada üzbəüz söhbət ediblər.

Xatırladaq ki, bəyannamədə Paris iqlim sazişinə töhfə verəcək konkret tədbirlər nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO