Moldova prezidenti xalqdan kömək istədi

Moldova prezidenti xalqdan kömək istədi

Hazırda oxunan: Moldova prezidenti xalqdan kömək istədi

4512

Dünyada qəribə hadisələr baş verir. Bir çox ölkələrdə kütləvi toplaşmalar qadağa edildiyi halda, müxalifət tərəfindən çağırışı edilən piket və mitinqlərin kəskin etirazla qarşılandığı bir vaxtda, Moldovanın yeni prezidenti vətəndaşlarını küçələrə səsləyib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində məlumat yayan Maya Sandu höküməti və parlamenti istefaya çağıraraq bunun üçün xalqdan meydanlara axışmağı xahiş edib. 

Sandu qeyd edib:

“Mən baş nazir İon Kikuya zəng edib, birbaşa ona hökümətin və parlamentin istefaya getməli olduqlarını bildirdim”,- deyə, Sandu qeyd edib. Buna etiraz olaraq isə o, öz tərəfdaşlarını mitinqə çağırır. Yeni prezident höküməti istefaya çağıraraq, növbədənkənar parlament seçkilərin keçirilməsini tələb edir.

Bəs, Maya Sanduya belə bir addım atmağa nə vadar edir?

İqor Dodonun prezident postundan getməyinə baxmayaraq, hazırda hakimiyyət və parlamentdə onun tərəfdarları oturub. Bu da Sanduya müəyyən baryer qoyur. Bir müddət əvvəl də parlament prezidentin səlahiyyətlərini azaltmaq üçün qanun qəbul edib. Parlamentdə də bu məsələnin bir oxunuşda qəbul edilməsi isə heç də təəccüblü deyil, məlum olduğu kimi Moldova höküməti Dodonun göstərişi ilə idarə olunur.

Bu da Sandunun işinə yaramır, çünki Moldovada növbəti parlament seçkiləri 2023-cü ildə keçirilməlidir. Əgər parlament və hökümət istefaya getməsə, Sandu 2023-cü ilə qədər ölkəni idarə etməkdə çətinlik çəkəcək.

İqor Dodon isə xalqa müraciət edərək, pandemiya zamanı Sandunun təxribatına uymamağa çağırıb. O, koronavirus təhlükəsinə baxmayaraq, öz çıxarları üçün xalqı mitinqə çağıran Sandunun hərəkətlərini eqoistlik adlandırıb. 

Xatırladaq ki, Sanduya prezident seçkilərində təxminən bir milyon insan səs verib. Bu da Moldova tarixində bir ilkdir.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO