TRT Fransa şirkəti ilə İŞİD-in əlaqələrini ifşa etdi  – VİDEO

TRT Fransa şirkəti ilə İŞİD-in əlaqələrini ifşa etdi  – VİDEO

Hazırda oxunan: TRT Fransa şirkəti ilə İŞİD-in əlaqələrini ifşa etdi  – VİDEO

45052

Türkiyənin dövlət telekanalı TRT Fransanın sement nəhəngi “Lafarge” ilə İŞİD terrorçuları arasındakı əlaqələrə işıq salacaq sənədli film hazırlayıb.

Bizim.Media xəbər verir ki, “Fabrik” adlanan ikihissəli film iki illik jurnalist araşdırması nəticəsində meydana gəlib. Araşdırmanın gedişində yarım milyondan çox sənəd diqqətlə incələnib.

Filmdə “Lafarge” ilə İŞİD arasındakı gizli bağlantılar şəbəkəsi üzə çıxarılıb və şirkətin Suriyadakı zavodunun əslində Fransa xüsusi xidmət orqanları tərəfindən terrorizmin maliyyələşdirilməsi məqsədilə istifadə edildiyi sübuta yetirilib.

Sənədli filmin ilk hissəsi noyabrın 12-də Bakı vaxtilə saat 22.00-da, ikinci hissəsi isə ertəsi gün eyni saatda telekanalın efirində yayımlanacaq.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO