İsraildən TEHRANA daha bir XƏBƏRDARLIQ

İsraildən TEHRANA daha bir XƏBƏRDARLIQ

Hazırda oxunan: İsraildən TEHRANA daha bir XƏBƏRDARLIQ

44720

İsrailin baş naziri Naftali Bennet illik keçirilən "Atom İranına qarşı İttifaq" adlı konfransın "online" formatda baş tutan iclasında çıxışı zamanı bu ölkənin atom bombası əldə etməsinin yol aça biləcək arzuolunmaz nəticələrlə bağlı xəbərdarlıq edib.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, o, İranın nüvə silahına sahib olduğu halda Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və ümumilikdə bütün Yaxın Şərq ölkələrinin bu silahı əldə edəcəyini deyib.

Bennetin sözlərinə görə, Yaxın Şərq ölkələrinin nüvə silahı ilə silahlanması isə öz növbəsində dünyada sülhə təhdiddir.


İsrailin baş naziri, habelə Tehranın dünya birliyi və ölkəsinə qarşı yaratdığı təhdidlərdən söz açaraq yorulmayacaqlarını və İsrailin varlığını qorumaq üçün lazım olan bütün tədbirləri görəcəklərini deyib.



Bennet sonda dünya birliyini İrana qarşı vahid cəbhə yaratmağa və onu gücləndirməyə çağırıb.

Bennetin bu sözləri Qlazqoda baş tutan iqlim dəyişikliyi ilə bağlı konfransdakı iştirakı və orada keçirdiyi görüşlərdən bir gün sonra bəyan etməsi diqqət çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO