Tanınmış ekstrasens Ukrayna barədə şok proqnozlar verdi

Tanınmış ekstrasens Ukrayna barədə şok proqnozlar verdi

Hazırda oxunan: Tanınmış ekstrasens Ukrayna barədə şok proqnozlar verdi

44622
Ukraynada vəziyyət daha da gərginləşəcək. Bu barədə tanınmış parapisixoloq və ekstrasens Sergey Şevçov proqnoz verib. Moderator.az-ın məlumatına görə, ekstrasens ölkədə vəziyyətin yalnız 2019-cu ildə stabilləşəcəyini deyib. 

Ukraynada vətəndaş müharibəsinin nəticələri çox ağır olacaq. Burada gərginlik hələ başlamaq astanasındadır. Bir müddət sonra Ukrayna Rusiya ilə Avropa arasında qalacaq. Ukrayna seçimində bəzi problemlər yaranacaq. Ümumiyyətlə bu ölkə üçün yaxşı heç nə deyə bilmərəm.

Qeyd edək ki, Ukraynanın cənub-şərq vilayətlərində gərginlik səngimək bilmir. Ölkənin federallaşmasını tələb edən rusiyayönümlü qüvvələr barrikadalardan çəkilməyəcəyini bəyan ediblər. Donetsk vilayətinə hərbi texnikanın yeridildiyi xəbər verilir. Bir neçə gün əvvəl rəsmi Kiyev federallaşma tələb edən qüvvələr tərəfindən zəbt edilən hökumət binalarının boşaldılmayacağı təqdirdə “antiterror əməliyyatlarına” start veriləcəyini bəyan etmişdi.

Ukraynanın federallaşmasını tələb edən insanlar qısa müddət ərzində Ukraynanın dövlət statusu ilı bağlı referendumun keçirilməsinə və Rusiya ilə daha sıx əlaqələrin bərpa olunmasına çağırışılar edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO