Xorvatiyanın sabiq prezidenti İlham Əliyevi təbrik etdi

Xorvatiyanın sabiq prezidenti İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Xorvatiyanın sabiq prezidenti İlham Əliyevi təbrik etdi

44613

"Hazırda hökm sürən pandemiya böhranı Olimpiya hərəkatına da təsir göstərib. Biz gələcəyi və onun formasını yüksək texnologiyaları tətbiq etməklə qura bilməyəcəyik. hazırki böhranlar mübariz üçün həmrəylik əsas şərtdir.
 

Qlobal həmrəylik çətin də olsa, bizə lazımdır. Birlik və sülh siyasi, iqtisadi və humanitar qütbləşməni aradan qaldıra bilər".


Bizim.Media xəbər verir ki, bunu Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında ifadə edib. 

Sabiq prezident deyib:

“Biz həmrəyliyin geridə qalmasına imkan verməməliyik. Bu böhran açıq şəkildə göstərdi ki, elm və səhiyyə, hətta peyvəndlər bu məqamda siyasiləşdirilir. Biz COVID-19-a qarşı peyvəndlərin bütün ölkələr üçün bərabər paylanmasının tərəfdarıyıq.
 

Bu böhrandan onu öyrənməliyik ki, bizə daha çox həmrəylik lazımdır. Həmrəylik həm cəmiyyətlər daxilində, həm də cəmiyyətlər arasında olmalıdır”. 


Səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Kolinda Qrabar-Kitaroviç regionda sülhün bərqərar olmasına görə dövlətimizin başçısına təbriklərini çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO