İtaliya mediası Ərdoğanı G20 sammitinin \

İtaliya mediası Ərdoğanı G20 sammitinin \"qalibi\" adlandırdı

Hazırda oxunan: İtaliya mediası Ərdoğanı G20 sammitinin \"qalibi\" adlandırdı

44422

İtaliya mediası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada başa çatan G20 ("Böyük iyirmilik") sammitinin "qalibi" adlandırıb.

Bizim.Media xəbər verir ki, İtaliyanın ən tirajlı və populyar qəzetlərindən biri olan “Corriere della Sera” qeyd edir ki, Türkiyə Prezidenti sammitdə ən çox "tələb olunan" iştirakçılar sırasında olub.

Nəşr vurğulayır ki, sammit zamanı bir çox liderlər Türkiyə dövlət başçısı ilə danışıqlar aparmağa çalışıblar: "Əgər hazırkı G20-nin “qalibi” varsa, o zaman o, böyük ehtimalla Rəcəb Tayyib Ərdoğandır".

"Affariitaliani" xəbərlər saytı qeyd edir ki, G20 sammiti Türkiyə Prezidenti üçün uğurlu olub: "G20 sammiti Ərdoğan üçün uğurlu oldu. O, əsl qalibdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO