G20 ölkələri liderlərinin 16-cı sammiti nələrlə yadda qaldı? - DETALLAR

G20 ölkələri liderlərinin 16-cı sammiti nələrlə yadda qaldı? - DETALLAR

Hazırda oxunan: G20 ölkələri liderlərinin 16-cı sammiti nələrlə yadda qaldı? - DETALLAR

44099

İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində Romada keçirilən G20 ölkələrinin liderlərinin ikigünlük sammiti başa çatıb.

Bizim.Media xəbər verir ki, qlobal problemlərin müzakirə edildiyi sammitinin ikinci günündə “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” mövzularında sessiyalar keçirilib. 

G20 ölkələrinin liderləri iqlim dəyişikliyi ilə mübarizə, COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması, bərabərsizliklərlə mübarizə, qadınların səlahiyyətlərinin artırılması, enerjidə transformasiyanın sürətləndirilməsi, qlobal ticarət sistemində şəffaflıq və Əfqanıstanla bağlı məsələləri müzakirə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Baydenlə görüşü barədə DANIŞDI – Nələri müzakirə ediblər?


Sammitdə qlobal minimum korporativ vergi müqaviləsi təsdiqlənib və müqavilə “Google”, “Amazon”, “Microsoft” və “Facebook” kimi şirkətlər də daxil olmaqla qlobal şirkətlərin 2023-cü ildən etibarən ən azı 15 faiz dərəcə ilə vergiyə cəlb olunmasını nəzərdə tutur.

Dünyanın aparıcı 20 iqtisadiyyatının liderlərinin sayca 16-cı sammitdə ikiillik fasilədən sonra ilk dəfə üzbəüz müzakirələr aparılıb, toplantıda 35 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. 
 

“Böyük iyirmilik” ölkələri dünya iqtisadiyyatının 80 faizini, qlobal ticarətin 75 faizini və dünya əhalisinin 60 faizini əhatə edir.


İtaliyanın G20-yə sədrliyi başa çatıb və sədrlik İndoneziyaya ötürülüb

Qeyd edək ki, G20 1999-cu ildə maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin məsləhətləşmələri üçün yaradılıb, 2008-ci ildən bəri isə dövlət və hökumət başçılarını bir araya gətirir. Liderlərin ilk sammiti 2008-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO