Qlobal səviyyəli startap layihəsi olan “Eleven Kings” futbol oyunu ABŞ-da reklam edilir.
Bizim.Media xəbər verir ki, bu barədə oyunun yaradıcılarından olan Orxan Rzayev sosial media hesabında məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ronaldinyo ilə müqavilə imzalayan azərbaycanlı – Məşhur futbolçuya nə qədər PUL ÖDƏYİB? – MÜSAHİBƏ
“Dünyanın ən məşhur reklam yerlərindən biri olan Nyu Yorkun Tayms meydanında (Times Square) “Eleven Kings” komandasını görmək heyrətamizdir!”, - deyə O.Rzayev vurğulayıb.
Qeyd edək ki, O.Rzayev artıq 12 ildir startap sferasında çalışır. İndiyə qədər müxtəlif layihələr üzərində işləyib. Bunlara onlayn alış-veriş, marketinq platformaları və.s. daxildir.
O, 2017-ci ildə Elşad Pirimov, Nicat Zamanov, Sərxan Rzazadə ilə birlikdə “Eleven Kings” futbol oyununu yaradıb.
Oyun ilk dəfə 2019-cu il ilin sentyabr ayında “Google Play Store” da istifadəyə verilib.
Bizim.Media