Çinin "Chang'e 5" missiyası çərçivəsində Ayın səthinə ilk dəfə ölkənin milli bayrağı sancılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı kadrlar Çinin "CGTN" telekanalı tərəfindən yayımlanıb.
"İlk dəfədir ki, Çin fabrikdə istehsal olunan milli bayrağı Ayda nümayiş etdirir", - deyə kanalın açıqlamasında qeyd olunub.
Kanal əvvəlki Chang'e 3 və Chang'e 4 missiyaları zamanı milli bayrağın "kosmik gəminin örtüyü kimi təqdim olunduğunu" xatırladıb.
1 dekabrda aya yumşaq eniş edən "Chang'e 5" missiyasını tamamlayaraq 3 dekabrda Ay səthindən ayrılıb.
Qeyd edək ki, Çindən əvvəl ABŞ və SSRİ Aya bayrağını sancıb.
Bizim.Media