PUA kameralarını Türkiyəyə satmayan şirkət müflis oldu

PUA kameralarını Türkiyəyə satmayan şirkət müflis oldu

Hazırda oxunan: PUA kameralarını Türkiyəyə satmayan şirkət müflis oldu

43583

Vətən Müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi üçün Türkiyəyə embarqo tətbiq edən Kanadanın "Telemus Systems Inc." şirkəti müflis olub.

Bizim.Media xəbər verir ki, bu barədə audit, vergi və tərcümə xidmətləri göstərən KPMG-nin hesabatına istinadən bildirib.
 

Qeyd edək ki, "Telemus Systems Inc." şirkəti Türkiyə istehsalı olan PUA-ları müşahidə kameraları və digər elektron avadanlıqlarla təchiz edib və onun əsas müştəriləri Türkiyə müəssisələri olub.


Kanada hökuməti həmin ilin oktyabrında Türkiyəyə Vətən Müharibəsində Azərbaycana dəstəyinə görə silah embarqosu qoyub.

Bundan sonra "Telemus Systems Inc." şirkəti məhsullarını satarkən problemlərlə üzləşməyə başlayıb.

2020-ci ildə "Telemus Systems Inc." şirkətinə 360 min dollar, bu il iyulun 31-də isə 1,1 milyon dollar məbləğində ziyan dəyib. Şirkət bu ilin avqustunda istehsalı dayandırıb (Trend).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO