Rusiya ilə Almaniya arasında nə baş verir? - Lavrovdan sərt REAKSİYA

Rusiya ilə Almaniya arasında nə baş verir? - Lavrovdan sərt REAKSİYA

Hazırda oxunan: Rusiya ilə Almaniya arasında nə baş verir? - Lavrovdan sərt REAKSİYA

43265

Xarici işlər naziri Sergey Lavrov Almaniyanın “Rusiyanın hücumlarının qarşısını kəsə bilərik” bəyanatını “fantaziya” adlandırıb və Qərb ölkələrini “reallığa fokuslanmağa” çağırıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer Şimali Atlantika alyansının Rusiyanın hücumlarını dayandıra biləcəyi ilə mövzunu şərh edərkən Qərb ölkələrinin nüvə silahı da daxil olmaqla, bütün silahlardan istifadə etməyə hazır olduğunu bildirib.

Buna cavab olaraq Rusiya Müdafiə Nazirliyi Almaniya hərbi attaşesini çağıraraq ona etiraz notası təqdim edib.

"Bizim mövcud olan fikir ayrılıqları ideologiya sferasındandır. Dünyanı ilk idarə edən kimdir? NATO-dan olan “dostlarımızdan” eşitdiyimiz budur. Biz reallığa diqqət yetirməliyik. Xanım siyasətçi deyib ki, Rusiyanın qarşısını kəsib hücuma hazırlaşmalıyıq”. Lavrov norveçli həmkarı Anniken Huitfeldt ilə danışıqlardan sonra belə deyib.

Xarici işlər naziri Rusiyanı nüvə silahı ilə təhdid etmək bəyanatlarını “fantaziya” adlandırıb.

"Qoy o, (almaniyalı nazir) bundan həzz alsın, təki pərəstişkarları razı qalsın. Amma mən bilirəm ki, norveçlilər praqmatik insanlardır. Biz praqmatik yanaşmaya və pozitivliyə diqqət yetirmək istəyirik. Əminəm ki, Norveç NATO üzvü kimi Rusiya ilə əlaqələrin əhəmiyyətini nəzərə alacaq”, deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO