ABŞ qovulan səfirə görə Türkiyədən İZAHAT istəyir

ABŞ qovulan səfirə görə Türkiyədən İZAHAT istəyir

Hazırda oxunan: ABŞ qovulan səfirə görə Türkiyədən İZAHAT istəyir

42972

ABŞ Dövlət Departamenti Ankaradan bir neçə ölkənin, o cümlədən Amerikanın səfirlərini göndərmək niyyəti ilə bağlı açıqlama gözləyir.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmisi şənbə günü RİA Novosti-yə bildirib.

"Biz bu mesajlarla tanış olduq və Türkiyə Xarici İşlər Nazirliyindən aydınlıq istəyirik", - mənbə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan 10 ölkənin səfirini Türkiyədən qovdu – “Millətimizə yan baxanlarla...”


ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveç səfirlikləri Ankaranı hüquq müdafiəçisi Osman Kavalanı azad etməyə çağırıb. Bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərin rəhbərlərini çağıraraq Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına riayət olunmasının zəruriliyini onlara xatırladıb.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə bu on ölkənin səfirlərini persona non-qrata elan etməyi tapşırıb.
 

Osman Kavala hüquq müdafiəçisi və Anadolu  mədəniyyət fondunun təsisçisidir, xüsusilə etnik və dini azlıqların layihələrini dəstəkləyir. 


2020-ci ilin fevralında Türkiyə məhkəməsi ona 2013-cü ildə İstanbulun Gəzi Parkındakı etirazlarda hökuməti devirməyə cəhddə iştirak ittihamı ilə bəraət verib. Lakin İstanbul prokuroru həmin gün yeni həbs qərarı verib. Bu dəfə o, 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO