Quantanamo həbsxanasında yalnız bir əfqan məhbus qalıb - ABŞ  onu azad edəcək

Quantanamo həbsxanasında yalnız bir əfqan məhbus qalıb - ABŞ  onu azad edəcək

Hazırda oxunan: Quantanamo həbsxanasında yalnız bir əfqan məhbus qalıb - ABŞ  onu azad edəcək

41934

Ameriak Birləşmiş Ştatları 2007-ci ildən bəri Guantanamo həbsxanasında qalan yeganə əfqanıstanlı məhbus Əsədullah Harungulu azad edəcək. 

Bizim.Media TASS-a istinadən  xəbər verir ki, bu barədə şənbə günü Əfqanıstanın “The Khaama Press” agentliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Taliban keçmiş Guantanamo məhbusunu müdafiə naziri təyin etdi


Mənbə yazır ki, 40 yaşlı Harungulun azad edilmə qərarı, ekstremist qruplara rəhbərlik etməməsi ilə izah olunur və bundan başqa keçmişdə etdiyi işdən peşman olduğu bildirilir.

Harun Əl-Əfqani kimi də tanınan məhbus 2007-ci ildə ekstremist qruplarla əlaqədə olmaq ittihamı ilə həbs edilmişdi.

O, şəxsən 900 günahsızlıq məktubu yazıb, amma 2020-ci ildə azadlığa buraxılmayıb. Agentlik Harungulun 2020-ci ildə ağır depressiyadan əziyyət çəkdiyi də bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO