ATƏT-in sədri:

ATƏT-in sədri: "Qarabağla bağlı substantiv danışıqlar olmalıdır"

Hazırda oxunan: ATƏT-in sədri: "Qarabağla bağlı substantiv danışıqlar olmalıdır"

4182

“Substantiv danışıqlar hərtərəfli və davamlı razılaşmanın əldə edilməsi məqsədi ilə davam etməlidir”.

Bizim.Media-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Rama ATƏT Nazirlər Şurasının videokonfrans formatında keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

"Mən çox şükür edirəm ki, Dağlıq Qarabağda döyüşlər dayanıb və atəşkəs elan edilib. İndi götürülən öhdəliklərin yerinə yetirilməsinin vaxtıdır". 

Edi Rama deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesinin yenidən başladılması təşəbbüsünü dəstəkləyir:

"İndi substantiv danışıqlar yaxşı niyyətlə, sülh yolu ilə hərtərəfli və davamlı razılaşmanın əldə edilməsi məqsədi ilə davam etməlidir", - deyə E. Rama bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO