Tehranda kritik toplantı: Ocaqnejad Azərbaycanla bağlı müzakirələrə qatıldı

Tehranda kritik toplantı: Ocaqnejad Azərbaycanla bağlı müzakirələrə qatıldı

Hazırda oxunan: Tehranda kritik toplantı: Ocaqnejad Azərbaycanla bağlı müzakirələrə qatıldı

41621

Dünən İranın şimal-qərbindən olan Millət Vəkilləri Birliyinin üzvləri, o cümlədən Parlamentin sədr müavini Əli Nikzad, Milli Təhlükəsizlik Komissiyasının bir sıra üzvləri, Ali Dini Rəhbərin Azərbaycandakı nümayəndəsi Ocaqnejad, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi və ETTELAAT Nazirliyinin rəhbərliyi və mütəxəssislərinin iştirakı ilə Qafqazda baş verənlərlə bağlı birgə iclas keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Telegram kanalı yayıb.

Mənbə yazır ki, iclasda danışılanlar İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasında müzakirə edilib. İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Mahmud Abbaszadə bununla bağlı məlumat verib.

Onun sözlərinə görə, həmin görüşə İranın Azərbaycandakı səfirliyinin bir sıra keçmiş əməkdaşları, həmçinin İranın Bakıdakı keçmiş səfiri Əhəd Qəzayi də dəvət olunub.

“Görüş çox məhsuldar və detallı keçdi. Ümid edirəm ki, belə tədbirlər davam etdiriləcək və nəticədə Qafqazdakı qonşularımız, xüsusilə də Azərbaycanla bağlı strateji sənədin hazırlanmasına gətirib çıxaracaq”,- deyə Abbaszadə Meşkini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO