Yaponiya Rusiyaya etiraz notası göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu bildirib.
O, Hokkaydonun şimalında yerləşən Kuril arxipelaqının Etorofu adasına "S-300V4” müdafiə sistemini quraşdıran Rusiyaya sərt reaksiya sərgiləyib. Bu addımı qəbuledilməz adlandırıb:
"Bu, Rusiyanın şimal bölgələrində hərbi gücünü artırmağa kömək edir. Bu vəziyyət ölkəmizin adalardakı mövqeyi ilə uyğun deyil və qəbuledilməzdir. Rusiyanın şimal bölgələri də daxil olmaqla Uzaq Şərqdəki hərbi meyillərini və nəticələrini yaxından izləməyə davam edəcəyik”,- deyə Baş katib bildirib.
Qeyd edək ki, II Dünya Müharibəsinin sonunda (1945-ci il) Sovet İttifaqı Yaponiyanın Sakit Okeanı ilə Oxotsk dənizini bir-birindən ayıran Kuril adalarını zəbt etmişdi.
Bundan sonra Rusiya və Yaponiya arasında barışıq razılaşmasının imzalanması üçün baş tutan görüşlər nəticə verməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:11 / 03.12.2020
Yaponiya Rusiyaya nota verdi
Hazırda oxunan: Yaponiya Rusiyaya nota verdi
Hazırda oxunan: Yaponiya Rusiyaya nota verdi
4162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.