Burada nəzarət qadınlardadır - kişilər səhər evi tərk etməlidir

Burada nəzarət qadınlardadır - kişilər səhər evi tərk etməlidir

Hazırda oxunan: Burada nəzarət qadınlardadır - kişilər səhər evi tərk etməlidir

4144

Yunnan və Sıçuan vilayətlərinin sərhəd nöqtəsində yerləşən Lugu Gölü ətrafında yaşayan Mosuo xalqı, dünyadakı nadir matriarxal (anaxaqanlığı) cəmiyyətlərdəndir.

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, Mosuolar ailənin bütün üzvləri ilə birlikdə böyük və geniş evlərdə yaşayırlar.

Bu cəmiyyətdə ailənin ən yaşlı qadını ailə başçısı hesab olunur və uşaqlar analarının soyadını götürürlər. Mosuolarda soy anlayışı qadın üzərindən hesab olunduğu üçün miras da matriarxal olaraq ötürülür.

Ailədə söz sahibinin qadın olduğu qəbilədə kişilər  ömür boyu “ana evi”ndə yaşayırlar. Musuolarda qeyri-adi evlilik adətləri də var. Belə ki, “səyyar evlilik” və ya “ziyarət əlaqəsi” adlanan adətə görə, kişilər yalnız gecələri evləndiyi qadınların evində qalırlar, sübh çağı isə oranı tərk etməyə məcburdurlar.

Kişilər qazandıqları pulu "evin rəisi"nə verməlidir.

Kişilər ailənin dolanışığında heç bir məsuliyyət daşımırlar. Ailədə ata rolunu uşaqların dayısı oynayır.  Ailənin bütün işləri qadının nəzarətində olan bu qəbilədə kişilər qazandıqları pulları “ailənin rəisi” hesab olunan qadına verməlidirlər.

Bütün nəzarət qadınlarda olsa da, bu heç də onların rahat həyat yaşadığı mənasına gəlmir. Yemək bişirməkdən təmizliyə kimi, tarlada işləməkdən toxuculuğadək bir çox işlərin məsuliyyətini  daşıyan qadınların çox yorucu bir həyat tərzi sürürlər.

Kişilərə siyasi qərarlar verilərkən, çobanlıq, balıq ovu və heyvan kəsmək kimi işlərdə çalışırlar. Bu cəmiyyətdə qadın əsas olduğu üçün ailədə qız uşşaqlarının doğulmasına üstünlük verilir.

Burada gəlin-qayınana problemləri yoxdur.

Musuo qəbiləsinin danışdığı yerli dilin lüğətində “ata” sözü yoxdur. Həmçinin əmi, dayı, kürəkən, gəlin, qayınana kimi anlayışlar mövcud deyil.

Muri Sarlaşi adlı Musuo qadını, BBC-yə verdiyi müsahibədə “bizim həyatımızda digər insanların yaşadığı gəlin-qayınana, miras, boşanma kimi problemlər yoxdur” deyə bildirib.

O, müsahibəsində qeyd edib ki, qadınalrın nəzarətində olan cəmiyyət daha hüzurlu olur. Şiddət, təcavüz kimi cinayətlər minimuma enir. Bu cəmiyyətdə yaşayan kişilər isə müsahibələrində az məsuliyyət daşımağın rahatllığını yaşadıqlarını bildiriblər və yaşadıqları həyat tərzini komforlu adlandırıblar.

Çin dövləti Mosuosları 56 etnik qrupdan biri olaraq tanımır. Tamamilə fərqli mədəniyyəti olmasına baxmayaraq, Çin höküməti onları Naxilərlə eyni azlıq qrupa daxil edir.

Mosuolar Tibet-Burman dil ailəsinə məxsus olan Naxi dilində (Naxi dilinin dialekt forması) danışırlar. Ümumiyyətlə regionun Çin tərəfindən işğalından sonra Mosuolar gündəlik əlaqələrində Xan şriftlərindən istifadə edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO