Tehran Şəhər Şurasının azərbaycanlı üzvündən Azərbaycana XƏBƏRDARLIQ – VİDEO

Tehran Şəhər Şurasının azərbaycanlı üzvündən Azərbaycana XƏBƏRDARLIQ – VİDEO

Hazırda oxunan: Tehran Şəhər Şurasının azərbaycanlı üzvündən Azərbaycana XƏBƏRDARLIQ – VİDEO

41316

İranla Azərbaycan arasında gərginliyin artması fonunda Tehran Şəhər Şurasının üzvü Cəfər Şərəbyani Şuranın bugünkü iclasında Azərbaycan Respublikasının rəsmilərinin ünvanına ana dilində xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran" Telegram kanalı yayıb.

“Əgər Qarabağ problemi həll olunubsa, bəs niyə İsrail silahlarını bizim sərhədlərimiz yaxınlığında nümayiş etdirirsiniz?

Əgər həll olunmayıbsa, səmimi şəkildə problemləri müsəlman Azərbaycan xalqı ilə niyə bölüşmürsünüz? Həmçinin bizə də bildirin ki, xəbərimiz olsun. İranlılar hər zaman azərbaycanlı qardaşlarının yanındadır. Naxçıvanlılar, cəbrayıllılar, zəngilanlılar bunu yaxşı bilir. Onlardan soruşun. Biz yenə də sizinlə birlikdəyik və biz birik”, deyə o, qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO