İsrail Nazirlər Kabinetinin xüsusi iclası keçirildi – Qonaq MERKEL idi

İsrail Nazirlər Kabinetinin xüsusi iclası keçirildi – Qonaq MERKEL idi

Hazırda oxunan: İsrail Nazirlər Kabinetinin xüsusi iclası keçirildi – Qonaq MERKEL idi

40981

Bazar günü xüsusi qonaq - Almaniya kansleri Angela Merkelin iştirakı ilə İsrail Nazirlər Kabinetinin xüsusi iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

"Bu, xüsusi bir qonağın - İsrail dövlətinin əsl dostu Almaniya Kansleri Angela Merkelin iştirakı ilə hökumətin xüsusi toplantısıdır. Qüdsə xoş gəldiniz". Bennett hökumətin təntənəli iclasını açaraq belə deyib.

Bennet çıxışında İranla nüvə sazişi məsələsinə də toxunub.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail diplomatlarına XƏBƏRDARLIQ ETDİ – İranla bağlı 


"İranın nüvə proqramı tarixin ən inkişaf etmiş mərhələsindədir. Dünya gözləyir, iranlılar vaxtı uzadır. İsrailin vəzifəsi İranın nüvə silahına malik olmayacağına sözdə deyil, praktik əməldə mane olmaqdır”.

İsrail hökumətinin başçısı deyib ki, "bu cür ekstremist və qəddar rejimin əlində olan nüvə silahları bölgənin və dünyanın simasını dəyişə bilər”.

Daha əvvəl Almaniya kansleri Angela Merkelin 9-11 oktyabr tarixlərində İsrailə işgüzar səfər edəcəyi, Baş nazir Naftali Bennett, Prezident İçxak Herzog ilə görüşəcəyi və Bennettlə birlikdə “Yad Vashem” memorial kompleksini ziyarət edəcəyi bildirilmişdi.

Səfər 28-30 avqustda baş tutmalı idi, lakin Əfqanıstandakı vəziyyət səbəbindən ləğv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO