Pakistanda “atom bombasının atası\

Pakistanda “atom bombasının atası\" vəfat etdi

Hazırda oxunan: Pakistanda “atom bombasının atası\" vəfat etdi

40938

Pakistanın paytaxtı İslamabad şəhərində, bir xəstəxananın reanimasiya şöbəsində “atom bombasının atası" adlandırılan 86 yaşlı nüvə fiziki, alim Əbdül Qadir Xan vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Pakistanlı səlahiyyətlilər, Əbdül Qadir Xanın Pakistanın müdafiəsinin gücləndirilməsində tarixi rol oynadığını söyləyərək ölümü ilə əlaqədar başsağlığı veriblər.
 

Pakistanda nüvə proqramı üzərində iş 1972-ci ildə başlayıb. Üç il sonra Əbdül Qadir Xan Almaniyadan Pakistana qayıdıb, bundan sonra tədqiqatlar xeyli sürətlənib. Pakistan ilk nüvə bombasının sınaqlarını 1998-ci ildə, Hindistan isə iki həftə sonra həyata keçirib.


2004-cü ildə uzun illər Pakistanın “Khan Research Laboratories” adlı əsas nüvə mərkəzinə rəhbərlik edən "İslam bombası"nın yaradıcısı ən böyük qalmaqalın mərkəzində olub.

Guya nüvə texnologiyası pakistanlı alimlər tərəfindən üçüncü ölkələrə ötürülüb. Alim bir neçə il evində dustaq kimi saxlanılıb. Daha sonra o, İrana və KXDR-ə nüvə silahının planlarını satması ilə bağlı bütün ittihamları rədd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO