Saxta alkoqollu içkidən ölənlərin sayı 26-ya çatdı 

Saxta alkoqollu içkidən ölənlərin sayı 26-ya çatdı 

Hazırda oxunan: Saxta alkoqollu içkidən ölənlərin sayı 26-ya çatdı 

40858

Rusiyanın Orenburq vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı artıb. 

Bizim.Media-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 26 nəfərə çatıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl Orenburq vilayətinin bir neçə yaşayış məntəqəsinin sakinləri saxta spirt içdikdən sonra zəhərləniblər.
 

İlkin versiyaya görə, spirt Orsk şəhərində Vokzalnoe şosesi küçəsindəki ticarət və satınalma məntəqəsindən satılıb.


Oradakı anbarda axtarış aparılıb və axtarış zamanı hüquq-mühafizə orqanları əməkdaşları içərisində naməlum spirt olan mayenin töküldüyü 0,5 litr həcmli 1279 şüşə və polimer şüşə aşkar ediblər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO