İranlı millət vəkilindən Azərbaycan və Türkiyəyə TƏHDİD – “Güzəştə getməyəcəyik”

İranlı millət vəkilindən Azərbaycan və Türkiyəyə TƏHDİD – “Güzəştə getməyəcəyik”

Hazırda oxunan: İranlı millət vəkilindən Azərbaycan və Türkiyəyə TƏHDİD – “Güzəştə getməyəcəyik”

40725

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komissiyasının üzvü, millət vəkili Mojtaba Zolanuri qalmqallı müsahibə verib.

Bizim.Media “Fars” agentliyinə istinadən xəbər verir ki, o, Azərbaycan və Türkiyəni təhdid edib.

İranlı millət vəkili bildirib ki, guya iki ölkənin birgə fəaliyyəti İran üçün təhdid yaradıb:

"Türkiyə və Azərbaycan hakimiyyətləri İranın sərhədlərində birbaşa və ya dolayısı ilə təhlükəli vəziyyət, terror qrupları üçün bir yuva yaratmaq, İsrail ordusunu və onların casus şəbəkələrini oraya yerləşdirmək niyyətindədirsə, bu, milli təhlükəsizliyimizi təhdid edir. Bununla bağlı heç kimə güzəştə getməyəcəyimizi bilsinlər.  İranın təhlükəsizliyini, milli maraqlarını təhdid edən hər kəsi cəzalandırmaq gücümüzün olduğunu sübut etdik”. 

İranlı millət vəkili bir qədər də həddini aşaraq bildirib ki, Türkiyə və Azərbaycan liderləri İsrailin koordinasiyası və dəstəyi ilə planlar hazırlayıblar.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO