Bu ölkədə karantin qaydaları yumşaldılır

Bu ölkədə karantin qaydaları yumşaldılır

Hazırda oxunan: Bu ölkədə karantin qaydaları yumşaldılır

40678

İtaliyada karantin rejiminin qaydaları yumşaldılır. 

Bizim.Media xəbər verir ki, mədəniyyət və idman obyektlərində, eləcə də diskotekalarda tutumun artırılmasına dair yeni qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.  

Yeni qaydalara əsasən, oktyabrın 11-dən etibarən ölkədəki teatr, kinoteatr və mədəniyyət evlərində (yalnız ağ zonada) ümumi tutumun 100 faizinə, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə isə qapalı diskotekaların fəaliyyətinə icazə veriləcək. 

Stadionlarda tamaşaçı tutumu 75 faiz, qapalı idman salonlarında oturacaqların doluluq nisbəti 60 faiz olmalıdır.

Girişdə “Yaşıl keçid kartı” (və ya vaksin sertifikatı) tələb ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO