İstefaya göndərilən spiker od püskürdü: “Heç vaxt Zelenskinin dostu olmamışam”

İstefaya göndərilən spiker od püskürdü: “Heç vaxt Zelenskinin dostu olmamışam”

Hazırda oxunan: İstefaya göndərilən spiker od püskürdü: “Heç vaxt Zelenskinin dostu olmamışam”

40563

Xəbər verdiyimiz kimi, bu gün Ukrayna Ali Radası keçirilən iclasda 284 səslə “Xalqın Xidmətçisi” fraksiyasından spiker seçilən Dmitri Razumkovun vəzifəsindən geri çağırılması təşəbbüsünü dəstəkləyib. Partiyanın rəhbəri Aleksandr Korniyenko bunun səbəbini belə izah edib:

"Dmitri Aleksandroviç ümumi prinsiplərdən yayınıb və artıq partiyamızın üzvü deyil. Komandamızı bu qədər yüksək vəzifədə təmsil edə bilməz”.

Bizim.Media xəbər verir ki, Razumkov isə çıxışında prezident Vladimir Zelenskinin və “Xalqın Xidmətçisi”nin verdiyi vədləri xatırladıb: 

"Uğur qazana biləcəyimiz kor bir inanc var idi. Çünki vicdanlı, düzgün, ədalətli və fərqli idik. Onlara bənzəmirdik. Təəssüf ki, bu gün bu salonda başqa gözlər görürəm. Çox dəyişdilər. Bütün bu müddət ərzində bu vədlərin heç olmasa bir hissəsini gerçəkləşdirməyə çalışdım. Əgər prinsiplərə qayıtsaq, getdiyimiz demokratiya prinsipi çoxluq hakimiyyəti prinsipi ilə əvəz olundu, qanunun aliliyi və qanunun prinsipi dəyişdi, "yanımızda olmayan bizə qarşıdır" deyimi gerçəkləşdi, "dostlara hər şey, düşmənə qanun" ifadəsi günümüzün reallığına çevrildi. Mənim prinsiplərim dəyişməyib, dəyərlərim əvvəlki kimidir".

Razumkov keçirdiyi brifinqdə isə prezident ambisiyaları ilə bağlı suala cavab verərkən belə deyib: 

"Prezident seçkiləri hələ başlamayıb. Əvvəllər deyirdilər ki, Ali Radanın spikeri heç vaxt prezident olmayıb, bu gün bu deyimin üstündən xətt çəkdik”.

O, hələ təqaüdə çıxmayacağını da əlavə edib:

"Mən uzaqgörən insanam. Zaman hər şeyi öz yerinə qoyacaq ... İstənilən çətinliyi dəf edə bilərəm".

Razumkov deputat mandatının “əlindən alına biləcəyi” fikrini isə belə cavablandırıb: “Bu, baş versə, qanunsuz olacaq”.

O, prezident Vladimir Zelenski ilə münasibətlərindən də danışıb:

"Mən heç vaxt prezidentin dostu olmamışam. Dostlar, düşünürəm ki, fərqli şəkildə formalaşır. Prezidentin dostları “Kvartal 95” və keçmiş həyatı ilə daha çox əlaqəlidir. Mənim dostlarım başqadır. Prezident, baş nazir, spiker niyə dost olmalıdırlar ki? Onlar dostluq münasibətləri üçün deyil, dövlət üçün çalışmalıdırlar”.

Xatırladaq ki, 284 deputat Razumkovun istefasına səs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO