Məhəmməd peyğəmbər haqqında 10 FİKİR – “Səsi azca xırıltılı olub”

Məhəmməd peyğəmbər haqqında 10 FİKİR – “Səsi azca xırıltılı olub”

Hazırda oxunan: Məhəmməd peyğəmbər haqqında 10 FİKİR – “Səsi azca xırıltılı olub”

40423

Məhəmməd peyğəmbər ağ rəngdə paltar geyinməyi sevirmiş. Bu, əsasən uzun köynəklər, zolaqlı yəmən plaşları və s. olub.

Bizim.Media xəbər verir ki, Allahın rəsulunun barmağında üzərində “Məhəmməd – Allahın elçisi” yazılan gümüşü üzük olub.

3. Təmizkar olub. Dişlərini misvaqla təmizləyib.

4. Səsi azca xırıltılı olub. Qısa və aydın danışıb. Arada hansısa sözü 3 dəfə təkrar edirdi ki, insanlar dəqiq yadda saxlasınlar.

5. Tez-tez gülümsəyirdi. Bəzən gülürdü və təbəssüm zamanı dişləri də görünüb.

6. Amerikan yazıçı və alimi olan Maykl Xartın “100 böyük insan” kitabında Məhəmməd peyğəmbər tarixin ən nüfuzlu şəxsi seçilib.

7. Məhəmməd adı Quranda 5 dəfə çəkilir. Müqayisə üçün deyək ki, müqəddəs kitabda İsa və Adəm peyğəmbərlərin adları 25, Musa 136, İbrahim 69, Nuh peyğəmbərin adı isə 43 dəfə qeyd olunub. 

8. “Dağ Məhəmmədin yanına getmirsə, onda Məhəmməd dağın yanına gedir” deyiminin peyğəmərin həyat və fəaliyyətinə aidiyyatı yoxdur. Bu zərb-məsəl əvvəlcə Xoca Nəsrəddinin hekayəsində yaranıb. Amma ingilis filosof Frensis Bekon kitablarının birində Xoca adını Məhəmmədlə əvəzləyib.

9. İslam peyğəmbəri irqi, etnik və tayfa diskriminasiyası ilə mübarizə aparıb.

10. Məhəmməd dünyada ən populyar kişi adıdır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO