Anar Bağırovun qırğız dilində çıxışı prezident Japarovu təəccübləndirdi - VİDEO

Anar Bağırovun qırğız dilində çıxışı prezident Japarovu təəccübləndirdi - VİDEO

Hazırda oxunan: Anar Bağırovun qırğız dilində çıxışı prezident Japarovu təəccübləndirdi - VİDEO

40245

Bişkek şəhərində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirak etdiyi "Qırğızıstan Hüquqşünaslarının İkinci Konqresi" keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya qırğız mətbuatında yer alıb.

Mənbə yazır ki, qurultayın qonaqları və iştirakçıları arasında Qırğızıstanın dövlət strukturlarının yüksək vəzifəli şəxsləri, o cümlədən hüquqşünaslar kollegiyasının, Qırğızıstan, Azərbaycan, Rusiya, Belarus, Özbəkistanın beynəlxalq təşkilatlarının nümayəndələri də olub. Konqresə Qırğızıstan Prezidenti Sədir Japarov da qatılıb.

Azərbaycan Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov da tədbirdə çıxış edib və nitqinə qırğız dilində başlayıb.

Anar Bağırov bütün azərbaycanlı hüquqşünaslar adından qurultay iştirakçılarını salamlayıb, Qırğızıstanın hər zaman Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib.

O, son illərdə Azərbaycanda hüquq peşəsi sahəsində aparılan islahatlardan da danışaraq, təmsil etdiyi strukturun Qırğızıstanla təcrübə mübadiləsinə hazır olduğunu bildirib.

Anar Bağırovun çıxışı Qırğızıstan Prezidenti Sadır Japarovun və Konqres iştirakçılarının alqışları ilə qarşılanıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO