Əfqanıstan istehlak etdiyi elektrik enerjisi üçün dörd qonşu ölkəyə təxminən 62 milyon dollar ödəmək məcburiyyətindədir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “TOLO News” telekanalı Əfqanıstanın DABS enerji korporasiyasına istinadən yayıb.
Mənbə yazır ki, Əfqanıstana elektrik enerjisi Özbəkistan, Tacikistan, Türkmənistan və İran tərəfindən verilirdi.
Bildirilir ki, DABS artıq ixracatçı ölkələrin hakimiyyət orqanlarına borcunu ödəmək vədləri və elektrik enerjisinin kəsilməməsi ilə bağlı məktublar göndərib. Həmçinin, Əfqanıstan korporasiyası ölkədəki BMT-nin yardım missiyasına müraciət edərək borcun ödənilməsində kömək istəyib, əks halda ölkə qaranlığa qərq olmaq riski ilə üzləşib.
Xatırladaq ki, Əfqanıstan İslam Bankının icraçı direktoru Sayed Musa Kalim əl-Falahi respublikanın maliyyə böhranının astanasında olduğunu, bu səbəbdən ölkə iqtisadiyyatının xarici yardımdan çox asılı qaldığını söyləmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:05 / 05.10.2021
Əfqanıstan 4 ölkəyə borcunu ödəyə bilmir – TALİBAN İŞIQSIZ QALACAQ
Hazırda oxunan: Əfqanıstan 4 ölkəyə borcunu ödəyə bilmir – TALİBAN İŞIQSIZ QALACAQ
Hazırda oxunan: Əfqanıstan 4 ölkəyə borcunu ödəyə bilmir – TALİBAN İŞIQSIZ QALACAQ
40175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.