50-dən çox ölkədə peyvənd ÇATIŞMAZLIĞI yaranıb

50-dən çox ölkədə peyvənd ÇATIŞMAZLIĞI yaranıb

Hazırda oxunan: 50-dən çox ölkədə peyvənd ÇATIŞMAZLIĞI yaranıb

39812

Ümümdünya Səhiyyə Təşkilatı sentyabr ayının sonuna qədər 50 -dən çox ölkə əhalisinin ən azı 10 faizinin vaksinasiya prosesindən keçmədyini açıqlayıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Afrika əhalisinin yalnız 4.4 faizi iki doz peyvəndi qəbul edib.

İngiltərədə isə əhalinin 66 faizi iki doz peyvənd alıb. Tam peyvənd edilmiş əhali Avropa Birliyində 62 faizə, ABŞ -da isə 55 faizə çatıb.

Xüsusilə sıxlıq və böyük ölkələr peyvəndlə bağlı tam hədəfə yaxınlaşa bilməyiblər. Məsələn, Misirdə əhalinin təxminən 5 faizi ikiqat dozla peyvənd ala bilib. Efiopiya və Nigeriyada da bu nisbət 3 % -dən aşağı olub. Qitənin iki ölkəsi Burundi və Eritreya hələ heç bir peyvənd proqramına belə başlamayıb. 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sentyabr ayında keçirdiyi görüşlərdə G7 zirvəsinə əlavə olaraq digər öhdəliklər də götürülüb.

Məsələn, ABŞ əvvəlki vədlərinə əlavə olaraq 500 milyon daha çox “Pfizer” peyvəndi paylaşacağı ilə bağlı öhdəlik götürüb. Son araşdırmalara görə G7 və AB ölkələri vəd etdikləri bir milyard dozun 15 faizindən azını bağışlayıb. Bundan əlavə ÜST sentyabr ayında Afrikaya 270 milyon doz peyvənd göndərəcəyini açıqlamıdı. Qitəyə çatan isə 200 milyon doz olub. 

2021-ci ilin sonuna qədər dünya əhalisinin ən az 40 faizinin peyvənd edildiyi hədəfləns də, Afrikada vaksin çatışmazlığı yaranıb. Dekabrın sonuna qədər qitə əhalisinin 40% -i hədəfinə çatmaq üçün 500 milyon daha çox peyvəndə ehtiyac var.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO