Saakaşvili həbsxanada öldürüləcək? – Tərəfdarları “COVİD-ə yoluxdurulacaq” deyirlər

Saakaşvili həbsxanada öldürüləcək? – Tərəfdarları “COVİD-ə yoluxdurulacaq” deyirlər

Hazırda oxunan: Saakaşvili həbsxanada öldürüləcək? – Tərəfdarları “COVİD-ə yoluxdurulacaq” deyirlər

39806

Gürcüstanda axtarışda olan bu ölkənin eks prezidenti Mixeil Saakaşvili vətəninə qayıtdıqdan sonra həbs olunub.

Bizim.Media xəbər verir ki, hökumət həbsi seçki zamanı ölkədəki mümkün qarışıqlığın qarşısını almaqla əsaslandırıb.

Lakin Gürcüstan cəmiyyətində onun saxlanılması haqqında müxtəlif fikirlər dolaşır. Politoloq Gela Vasadzenin "Facebook" statusuna yazılan rəylərdən birində sual olunub ki, "Mixeilin koronavirusla öldürülməsi və ölkədən qaçması variantları mümkündürmü?"

Politoloq isə cavabında bütün, hətta ağılasığmaz variantların olduğunu yazıb.

Digər sosial şəbəkə fəalları da Mixeilə qarşı sui-qəsdin mümkünlüyünü müzakirə edirlər. Əsas qətl növləri kimi bunlar təqdim olunur:

1. COVİD-ə yoluxdurulub öldürülmə

2. Qidası ilə aram zəhərləmə metodu

3. Həbsxana etirazında polislə toqquşma zamanı həyatını itirmək

Digər ekspertlər isə Saakaşvilinin həbsxanadan çıxacağını və hazırkı seçkilərin qərarını baykot edəcəyini istisna etmirlər ki, onların fikrincə, bu, Gürcüstanda hakimiyyət dəyişikliyi ilə yekunlaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO